Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ölkənin Avropaya inteqrasiyası yolunda əsas maneədir. Bu barədə NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bəyan edib.
“Söhbət yalnız bizim maraqlarımızdan getmir. Bu, həmçinin region xalqlarının sülh və mehriban qonşuluq şəraitində yaşamasına ciddi zərbə vurur”, - deyə o, NATO PA-nın Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarının bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazı rəqabət və amansız qarşıdurma meydançası deyil, dostluq və əməkdaşlıq regionu kimi görür.
“Cənubi Qafqazda sabitlik dünya və Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsidir”, - deyə Z.Əsgərov vurğulayıb.