Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF və Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını, eləcə də beynəlxalq arenada ümumi maraqların mövcudluğunu təsdiq edir.
“Vladimir Vladimiroviç Putin sizə salamlarını çatdırır. O, Azərbaycana ötənilki səfərini və rəsmi danışıqlardan başqa, qeyri-rəsmi ünsiyyəti tez-tez məmnunluqla xatırlayır. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıması, iqtisadi, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi barədə fikirlərinizlə şərikik”, - deyə S.Lavrov prezident İlham Əliyevlə görüşdə bildirib.
“Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılıb. Müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsində ölkələrimizin qarşısında duran ümumi məsələlərə dair fikir mübadiləsi aparmışıq”, - deyə S.Lavrov diqqətə çatdırıb.
O bəyan edib ki, Moskva Bakının Avropa Şurasında hazırkı rolunu hərtərəfli dəstəkləyir.