İyunun 28-də Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
“Forum Azərbaycan iş adamlarına Qazaxıstanda tərəfdaş tapmaq və ölkəmizdə istehsal olunan məhsulların ixracının genişləndirilməsi məqsədilə keçirilir”, - deyə məlumatda qeyd olunur.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.