SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Azərbaycanın 7 və Bakının 1 rayonunda qaz təchizatına məhdudiyyətlər qoyur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar səhər saatlarından 12:00-dək Masallı rayonunun bir hissəsində qaz təchizatına məhdudiyətlər qoyulub.
Saat 12:00-dan 14:00-dək Oğuz, saat 14:00-dan 16:00-dək Ağcabədi, saat 14:00-dan 18:00-dək Lerik, saat 16:00-dan 18:00-dək Qax və Tovuz, saat 17:00-dan 19:00-dək Füzuli rayonlarının bir hissəsinə qazın verilişində fasilələr yaranacaq.
Bundan başqa, saat 11:00-dan 13:00-dək Bakının Xəzər rayonunun bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulub.