“Azerfon” MMC mobil rabitə operatorunun abonentləri “Asan İmza” mobil imza xidmətindən istifadə imkanı əldə ediblər. Bu barədə şirkətdən məlumat verilib.
“Asan İmza” mobil elektron imza elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir.
Texnologiyanın əsas üstünlüyü smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır.
Xidmətdən istifadə etmək üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.
“Azerfon” MMC 2007-ci il martın 21-dən kommersiya fəaliyyətinə başlayıb və “Nar Mobile” ticarət markası altında mobil rabitə xidmətləri göstərir.