Öz evlərini tərk edərək Türkiyə ərazisinə köçən Suriya vətəndaşlarının sayı 1,05 milyon nəfərə çatıb. Bu barədə cümə axşamı Türkiyənin baş nazirinin müavini Bəşir Atalay mətbuat konfransında bəyan edib.
Onlar sərhədyanı şəhərlərdə və qaçqınlar üçün təşkil olunmuş düşərgələrdə məskunlaşıblar.
Suriyada münaqişə başlanandan ölkədən 2,5 milyondan çox insan qaçıb.