“İraq və Şam İslam Dövləti” (İŞİD) təşkilatının döyüşçüləri Müsənna obyektinə nəzarəti ələ keçiriblər. Qərb KİV-nin məlumatına görə, Səddam Hüseynin hakimiyyəti dövründə bu obyektdə kimyəvi silah istehsal olunurdu.
Kompleks Bağdaddan 72 kilometr şimal-qərbdə yerləşir. 1980-ci illərdə burada əsəb sistemini iflic edən kimyəvi qaz istehsal olunurdu”,- deyə məlumatda bildirilir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Cennifer Psaki obyektin ələ keçirilməsi faktını təsdiq etsə də, artıq obyektdə “hərbi dəyərə malik materialların” olmadığını söyləyib.
Xəbər verildiyi kimi, İŞİD döyüşçüləri ötən həftə ölkədə bir neçə yaşayış məntəqəsini nəzarət altına alıb. Hazırda onlar Bağdada hücum etməyə hazırlaşır.