Cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib. Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 46 nəfəri isə Çernobıl AES əlilləridir.
Məlumata görə, cari ilin aprel-may aylarında növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə avtomobillər təqdim olunub. İndiyədək Böyük Vətən müharibəsinin 200 veteranı və bu kateqoriyaya bərabər tutulan şəxs avtomobillə təmin olunub və qalanlarına da yaxın aylarda avtomobillər təqdim ediləcək.