Milli Məclisin cümə günü keçirilən növbədənkənar sessiyasının plenar iclasında Ali Məhkəmənin və Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.
Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun fəaliyyət müddətinin başa çatması ilə əlaqədar parlament “Məhkəmə və hakimlər haqqında” qanuna müvafiq olaraq onun həmin vəzifədə səlahiyyət müddətinin uzadılmasını qərara alıb.
Əvvəllər Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri olmuş Zərbəli Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin sədri seçilib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimov və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Quliyev öz ərizələri ilə vəzifələrindən azad ediliblər.
R.Babayev