Tovuzun Ermənistanla həmsərhəd olan kəndlərində Ermənistan silahlı qüvvələrinin atəş açması nəticəsində 3 Azərbaycan vətəndaşı, həmçinin 5 yaşlı uşaq yaralanıb. Bu barədə cümə günü ATV telekanalı məlumat verib.
Məlumata görə, insident iyunun 20-də səhər baş verib. Ermənistan tərəfinin Azərbaycanın sərhədyanı yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması nəticəsində 45 və 72 yaşlı iki qadın yaralanıb. Bundan başqa, 5 yaşlı qız uşağı ayağından qəlpə yarası alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabildir.
Telekanal bir neçə yaşayış evinə də ziyan dəydiyini bildirir.
F.İsazadə