Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Yaralıların vəziyyəti orta ağırdır.
Məlumata əsasən, sərnişin avtobusu paytaxtın Qaradağ rayonunda qəza törədib.
Faktla bağlı hadisə yerində araşdırma aparılır.
A.Zeydullayeva, F.İsazadə