Çinin cənub regionlarında artıq beş gündür davam edən leysan yağışları nəticəsində 26 nəfər həlak olub. Bu barədə “Associated Press” agentliyi məlumat verir.
Məlumata görə, 3 nəfər itkin düşüb.
Ölkənin təbii fəlakətə məruz qalmış rayonlarından ümumilikdə 337 min nəfər təxliyə edilib, 115 min nəfərin ilkin tələbat mallarına kəskin ehtiyacı var.
Daşqınlar və torpaq sürüşməsi ilə müşayiət olunan leysan yağışları ölkəyə 4 mlrd. yuan ($650 mln.) ziyan vurub, 8,7 mindən çox ev tamamilə, 66 min ev qismən dağılıb, 42 min hektar sahədə məhsul məhv olub.