Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin ikitərəfli əməkdaşlığın inkişafına verdikləri töhfələr böyük əhəmiyyət kəsb edir. Dağıstan rəhbəri Ramazan Abdulatipov belə hesab edir.
“Azərbaycan və Rusiya arasında münasibətlər həm iqtisadi, həm mədəni, həm də digər sahələrdə inkişaf edir. İki ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putinin töhfələri ikitərəfli əlaqələrin dinamik inkişafında böyük əhəmiyyətə malikdir”, - deyə R.Abdulatipov bazar ertəsi Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun kuluarlarında jurnalistlərə bildirib.
O, bu forumun Bakı və Moskva arasında münasibətlərin inkişafına böyük təkan verəcəyinə əmin olduğunu söyləyib.
“Biz bu inkişafda Dağıstanın da rol oynamasından məmnunuq. İnanram ki, bizim dostluq münasibətlərimiz bundan sonra da inkişaf edəcək”,- deyə R.Abdulatipov qeyd edib.
F.İsazadə