2014-cü ilin yanvar-may aylarında “Bakı” istilik elektrik stansiyasında (İES) 271 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə "Azərenerji" ASC-dən məlumat verilib.
Cari ilin may ayında stansiyada 57,3 mln. kilovatsaat elektrik enerjisi istehsal olunub. 2013-cü ildə “Bakı” İES 539,8 mln. kilovatsaat elektrik enerjisi istehsal edib.
“Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz turbini fəaliyyət göstərir. Stansiya 2007-ci ilin fevral ayında istismara verilib.
N.Abbasova