Oktyabr ayında Bakıda Azərbaycan və Rusiya arasında İqtisadi Əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib.
Diplomat qeyd edib ki, yaxın vaxtlarda bu komissiyanın Azərbaycan tərəfdən həmsədri baş nazirin müavini Yaqub Eyyubov və Rusiya tərəfdən həmsədri baş nazirin müavini Dmitri Roqozin görüşərək qeyd olunan iclasın keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.