Azərbaycan rəhbərliyi Avrasiya İqtisadi İttifaqı ətrafında baş verən prosesləri müşahidə edir. Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bəyan edib.
“Azərbaycan müstəqil dövlətdir və heç kəs bizi iradəmizə zidd hərəkət etməyə məcbur edə bilməz. Azərbaycan rəhbərliyi Avrasiya İqtisadi İttifaqı ətrafında gedən prosesləri müşahidə edir. Bu məsələ gələcəkdə maraq kəsb edərsə, o zaman ona baxa bilərik”, - deyə P.Bülbüloğlu bazar ertəsi V Azərbaycan-Rusiya Regionlararası Forumunun kuluarlarında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev ölkənin bu məsələyə dair mövqeyini ifadə edib, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə onu əsaslandırıb.
“Mən bir səfir kimi başqa heç nə əlavə edə bilmərəm”, - deyə o vurğulayıb.
R.Babayev