Azərbaycan bizim strateji tərəfdaşımızdır və ölkələrimiz arasında geniş əməkdaşlıq həyata keçirilir. Bu barədə jurnalistlərə İnquşetiyanın prezidenti Yunus bəy Yevkurov bəyan edib.
“Biz taktiki səviyyədə qarşılıqlı əlaqələr qurduq və bu, müsbət cəhətdir. Respublikamızda 3 mindən artıq azərbaycanlı yaşayır”, - deyə o, İnquşetiya və Azərbaycan arasında münasibətlərə toxunaraq bildirib.
Prezidentin sözlərinə görə, İnquşetiyda azərbaycanlıların istədikləri işlə məşğul olmaları üçün hər cür şərait yaradılır. “Həmçinin aqrar sənaye kompleksi, ticarət və orta sahibkarlıq bacarıqlarının inkişafı sahəsində”, - deyə o əlavə edib.
“Azərbaycanlılar çox fəal qaydada tikinti sektoru və biznesi mənimsəməyə başladılar. Bu gün və sabah biz mebel istehsalı, tikinti istiqamətləri üzrə bir sıra sazişlərin imzalanmasını planlaşdırırıq”, - deyə Y.Yevkurov qeyd edib.
“İnsanlara Azərbaycanda olduğu kimi turistlərə xidmət etməyin öyrədilməsi bizim üçün çox vacibdir”, - deyə İnquşetiyanın perezidenti vurğulayıb.
R.Babayev