Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına əsasən, iyunun 29-u Ramazan ayının birinci günüdür. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, fətvada qeyd edilir ki, Azərbaycan hökuməti Eyd-ül-Fitr - Ramazan bayramının iyul ayının 28 və ya 29-da keçiriləcəyinə dair qərar qəbul edib.
Bayram namazının qılınmasına gəlincə isə, bu, Şəvval ayı hilalının, yəni yeni ayın görünməsindən asılı olacaq (Şəvval Ramazan ayından sonra gəlir - İF-Az).
QMİ hər kəsi Ramazan ayında səbirli olmağa və xeyirxah işlər görməyə çağırır.
F.İsazadə