Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycanda ilk dəfə Visa PayWave kontaktsız kartlarının emissiyasına başlayıb. Bu barədə bankın məlumatında deyilir.
“Bu kartların tətbiqi saniyələr ərzində kontaktsız ödənişlər həyata keçirməyə imkan verəcək. 20 AZN-ə qədər əməliyyatlar isə PİN kod yığılmadan həyata keçirilir”,- deyə məlumatda bildirilir.
PayWave kontaktsız ödənişlər texnologiyasıdır və alış-verişə görə dərhal ödəniş etmək imkanı yaradır. Kassa və ya terminalda “Visa PayWave” kartını qurğuya yaxınlaşdırmaq kifayətdir və ödəniş həyata keçiriləcək.
ABB tərəfindən artıq 70-ə yaxın ticarət nöqtəsində PayWave terminalları quraşdırılıb və
bank bu prosesi davam etdirəcək.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri banklarından biridir. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% özəl səhmdarlara məxsusdur.
A.Axundov