Rusiya Federal Turizm Agentliyi rəhbərinin müavini Qriqori Sarişvili Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin artdığını qeyd edir.
“Hər iki ölkədən turistlərin sayı çoxalır. 2013-cü ildə 1,2 mln. azərbaycanlı turist Rusiyaya səfər edib”, - deyə Q.Sarişvili Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekun plenar iclasında bildirib.
O, Azərbaycana gələn rusiyalı turistlərin də sayının 4% artdığını söyləyib.
“Azərbaycana gələn xarici turistlərin 36%-i rusiyalılardır”,- deyə Q.Sarişvili bildirib.
Onun sözlərinə görə, forumda iki ölkə arasında turizm potensialının inkişaf etdirilməsi məsələsi geniş müzakirə olunub.
R.Babayev