SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə günü bir neçə rayonun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda təmir işləri ilə əlaqədar səhər saatlarından 18:00-dək Abşeron və Şamaxı rayonlarının bir hissəsinə qazın verilişində fasilələr yaranıb.
Bundan başqa, səhər saatlarından 18:00-dək Bakının Binəqədi rayonunun, saat 11:00-dan 14:00-a qədər isə Yasamal rayonunun bir hissəsinə qazın verilişində məhdudiyyətləq olacaq.
N.Abbasova