Milli Məclisin cümə günü keçirilən növbədənkənar sessiyasının plenar iclasında Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında saziş təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verir.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimili məsələ ilə bağlı məlumat verib.
R.Babayev