Əgər ATƏT özünü təhlükəsizlik üzrə təşkilat hesab edirsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verəcək prosesə dəstək göstərməlidir. Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə hesab edir.
"Biz hesab edirik ki, ATƏT PA Azərbaycanın ATƏT-lə bağlı prinsipləri üzrə daha həssas, daha konkret və daha qətiyyətli mövqe nümayiş etdirməlidir", - N.Məmmədov Lider telekanalına bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələni ATƏT PA-nın 28 iyun-2 iyul tarixlərində Bakıda keçiriləcək sessiyasında qaldıracaq.
"Düşünürəm ki, burada həmin məsələ qaldırılacaq. Yoxsa belə çıxır ki, ATƏT təhlükəsizlik məsələlərini kənara qoyur və başqa problemlərlə məşğul olur, bu isə uğur gətirə və yaxşı nəticələr verə bilmir", - deyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.
Y.Əliyev