Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində çox gözəl təcrübə əldə edib. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bazar ertəsi Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransda bəyan edib.
“Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində çox gözəl təcrübəyə malikdir”, - deyən R.Mehdiyev qeyd edib ki, bu halla bağlı Baş Prokurorluq nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. O, korrupsiyanın aradan qaldırılması üçün daha bir mühüm addım kimi ölkədə fəaliyyət göstərən “ASAN xidmət”i (Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) qeyd edib.
“Bu, çox unikal bir qurumdur. Dünyanın harasındasa bu cür ikinci qurumun mövcud olması ilə bağlı məlumatımız yoxdur. Azərbaycan vətəndaşları bu qurumun fəaliyyətindən razıdırlar”, - deyə R.Mehdiyev bildirib.
Daha sonra R.Mehdiyev prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Y.Əliyev