Hindistanın cənubunda binanın uçması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Bu barədə bazar ertəsi yerli KİV-lər məlumat verir.
Bununla yanaşı, onlarla insanın uçqun altında qaldığı bildirilir.
Ölənlərin əksəriyyəti uçmuş obyektdə işləyən fəhlələrdir.
Xəbər verildiyi kimi, şənbə günü axşam Çennay şəhərində tikilməkdə olan 12 mərtəbəli bina uçub.
İlkin məlumata əsasən, bina tikinti normalarına əməl edilməməsi nəticəsində uçub. Polis artıq bir neçə şübhəlini sorğuya çəkmək üçün saxlayıb, onların arasında konstruktor və inşaat mühəndisləri də var.