İyulun 2-də Müasir İncəsənət Muzeyində Dünya Sənət Akademiyası üzvlərinin “11” adlı sərgisi açılacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
“Yeni era” adlı Dünya Sənət Akademiyasının yaradılması planetimizin mədəni həyatında əhəmiyyətli hadisədir. Rəngkarlıq və memarlığın çoxlu bədii cərəyanlarının birləşməsi nəticəsində əmələ gələn bədii ittifaqın bütün iştirakçıları yüksək dəyərli sənət əsərlərinin yaranmasında bədii, ideoloji və semantik məsələlərin yeni anlam səviyyəsinə çıxmağına imkan verir.
Sərgidə Anatoli Silov, Arif Əziz, Xanlar Əhmədov, Səmədağa Cəfərov, Mirnadir Zeynalov, Nağdəli Xəlilov, Gülarə Məcidova, Eldar Qurbanov, Ülviyyə Həmzəyeva, Xristo Panev, Nikolay Şinyayev iştirak edəcəklər.
A.Zeydullayeva