Hesablama Palatası Göygöl rayon İcra Hakimiyyətində audit keçirəcək. Bu barədə palatanın saytında məlumat verilir.
Auditin məqsədi Göygöl rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinin yoxlanılmasıdır.
Bundan başqa, Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən aparatın saxlanılması xərclərinin icrasına dair audit keçirəcək
A.Əzizov