SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında deyilir.
436 nömrəli quyu 13 nömrəli dəniz özülündən qazılıb.
Quyuda təmir işləri aparıldıqdan sonra sutkalıq hasilat 70 ton neft və 11,5 min kubmetr qaz təşkil edir.
“Günəşli “yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova