“Nar Mobile” Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı oldu.
Çərşənbə günü “Nar Mobile” şirkəti və Gənclər və İdman Nazirliyi arasında sazişin imzalanma mərasimi olub. Sazişə əsasən, bu mobil operator 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarında telekommunikasiya xidmətlərinin təmin edilməsi üzrə sponsor olur.
"Bakıda oyunların gedişində keyfiyyətli rabitə ilə təminat belə genişmiqyaslı tədbirin təşkilində böyük rola malikdir", - deyə gənclər və idman naziri Azad Rəhimov mərasimdə bildirib.
Onun sözlərinə görə, “Nar Mobile” oyunların layiqli sponsoru olacaq və tədbirin təşkilatçılarını ən yüksək səviyyədə keyfiyyətli rabitə ilə təmin etməyi bacaracaq.
A.Zeydullayeva