“PSG-Broker” MMC Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul olunub. Bu barədə birjanın məlumatında qeyd edilir.
“2 iyul tarixində “PSG-Broker” MMC BFB-nin üzvlüyünə qəbul olunub. Bununla əlaqədar üzvlüklə bağlı şəhadətnamə şirkət rəsmisinə təqdim edilib”, - deyə birjanın məlumatında bildirilir.
Hazırda BFB-nin “PSG-Broker” MMC də daxil olmaqla 14 aktiv üzvü var.
“PSG-Broker” MMC şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 13 sentyabr 2012-ci il tarixində verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.
“BFB” QSC 2000-ci ildə ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması məqsədilə təsis edilib. 20 şirkət BFB-nin səhmdarıdır.
A.Əzizov