Fransanın “Airbus Defence and Space” şirkəti Azərbaycanın "Azərkosmos" MMC ilə əməkdaşlıq çərçivəsində "SPOT 7" Yerin müşahidə peykini orbitə buraxıb. Bu barədə cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
“30 iyun 2014-cü il tarixində “Airbus Defence and Space” şirkəti "Azərkosmos" ilə əməkdaşlıq çərçivəsində "SPOT 7" peykini orbitə buraxıb”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, hazırda bu iki şirkət arasında peykin idarəedilməsi və mülkiyyət hüquqlarının “Azərkosmos”a verilməsinə dair danışıqlar aparılır.
Xəbər verildiyi kimi, 12 may 2014-cü il tarixində “Airbus Defence and Space” şirkəti ilə "Azərkosmos" MMC arasında Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
N.Abbasova