Cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib. Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov gündəlikdə duran məsələlər barədə məlumatla çıxış edib.
İclasda 2014-cü ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı müvafiq qərarlar qəbul edilib, gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.
R.Babayev