Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən təkrar keçirilən qəbul imtahanının nəticələrini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən təkrar qəbul imtahanında iştirakı nəzərdə tutulan 1215 abituriyentdən 528 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 688 abituriyentdən 474 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. Qalan abituriyentlər isə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itiriblər.
A.Zeydullayeva