2014-cü il iyunun 1-nə Azərbaycanda banklar tərəfindən 2,462 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına əsasən, iyunun 1-nə Bakıda 1379 (artım təxminən 1%), regionlarda 1 083 ədəd bankomat (artım 2,6%) quraşdırılıb.
2014-cü ilin yanvar-may aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında mühüm artım müşahidə olunub. Xüsusilə iyun ayının əvvəlinə onların sayı 48,582 min ədəd (artım 46%) təşkil edib.
Bununla yanaşı, Bakıda 35,11 min ədəd (artım 21,3%), regionlarda 13,472 min ədəd (artım 3,1 dəfə) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 47,12 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97%-i quraşdırılıb.
A.Axundov