Kiyevin Ankara ilə dialoqu Ukraynada baş verən son hadisələr baxımından regionda əməkdaşlıq ab-havasının formalaşmasına ciddi təsir göstərir. Rəsmi KİV-lərin cümə günü verdiyi məlumata görə, bu barədə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) baş katibi Valeri Çeçelaşvili bəyan edib.
“Ukrayna ilə Türkiyə arasında dialoq ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmır və xüsusən Ukraynada baş verən son hadisələr baxımından regionda əməkdaşlıq ab-havasının formalaşmasına ciddi təsir göstərir”, - deyə V.Çeçelaşvili GUAM-ın Kiyevdəki mənzil-qərargahında beynəlxalq ekspertlərin “Ukrayna-Türkiyə münasibətləri müasir mərhələdə: imkanlar və maneələr” mövzusunda dəyirmi masada çıxışı zamanı vurğulayıb.
GUAM-ın baş katibi Türkiyə ilə Ukrayna arasında münasibətlərin gələcəkdə möhkəmlənməsinə və regionun bütün dövlətləri tərəfindən beynəlxalq hüququn ruhuna, norma və prinsiplərinə riayət ediləcəyinə ümidvar olduğunu bildirib.
R.Babayev