Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq planına əsasən, iyulun 8-dən 10-dək Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert görüşü keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Bundan başqa, həmin tarixdə Leer şəhərində (Almaniya) Tibb xidməti əməliyyatları üzrə işçi görüşü təşkil olunacaq.
İyulun 9-dən 12-dək Minsk şəhərində (Belarus) "MİLEX-14" sərgisi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.