"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan azərbaycanlı tələbələrin təqaüdünün həcmi artırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles və San-Fransiskonun əlavə edilməsi ilə əlaqədar həmin şəhərlərdə təhsil alan tələbələrin təqaüdünün məbləği $1900-dək artırılıb.
Bundan başqa, ABŞ-ın digər şəhərlərinin ali məktəblərində təhsil alan tələbələrin təqaüdü 1400 ABŞ dollarına, İsveçrədə 1400 avroya, Çində 950 ABŞ dollarından 1050 ABŞ dollarınadək artırılıb.
A.Zeydullayeva