Gürcüstanın sabiq prezidenti Eduard Şevardnazde bazar ertəsi vəfat edib. Bu barədə “İnterfaks” agentliyinə onun mətbuat xidməti məlumat verib.
“E.Şevardnadze bu gün saat 12-də vəfat edib”,- deyə məlumatda bildirilir.
E.Şevardnadzenin 86 yaşı var idi, o, 1928-ci il yanvarın 25-də anadan olub.
Mərhum eks-prezident Gürcüstan SSR-nin daxili işlər naziri, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb, 1995-2003-cü illərdə Gürcüstan prezidenti olub.