1 iyul 2014-cü il tarixində "Alfa Sığorta" ASC yeni rəsmi web səhifəsi olan www.alfa.az saytını təqdim etmişdir. Saytın yenilənmiş versiyası restaylinq prosesini başa çatdırmış və AR Maliyyə Nazirliyinin rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı yeni tətbiq etdiyi qaydalara tam uyğunlaşdırılmışdır.
Beləliklə, istifadəçilər şirkət və onun maliyyə göstəriciləri barədə ətraflı məlumat əldə etmək, bütün sığorta növləri və qaydaları ilə tanış olmaq, lazım gəldikdə həmin məlumatları yükləmək, həmçinin onlayn rejimdə müəyyən cədvəlləri doldurmaqla sığorta polisini sifariş etmək və onu ödəməklə polisin elektron versiyasını öz elektron ünvanında dərhal qəbul etmək, sığorta hadisəsi barədə məlumat vermək və müvafiq bildiriş almaq imkanına malik olurlar.
Saytın rahat idarə olunan yeni versiyası zamanın tələblərinə cavab verməklə, "Alfa Sığorta" ASC-nın şəffaflıq və müştəri yönümlülük səviyyəsini artırmış olur.