Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin I yarısında 17 mln. 825,873 min manat məbləğində adi veksellərlə əqdlər qeydiyyata alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
Məlumata görə, hesabat dövründə Dövlət Komitəsi girovla bağlı 13 (azalma 41%), girovun əlavə qeydiyyata alınması üzrə 14 əməliyyat (azalma 18%) qeydiyyata alıb.
2014-cü ilin yanvar-iyun aylarında QKDK tərəfindən 1609 ipoteka kağızı (artım 16%) qeydə alınıb, 1371 ipoteka kağızı isə əlavə qeydiyyatdan keçib (artım 31%).
Xəbər verildiyi kimi, 2013-cü ildə QKDK 24 mln. 332,934 min manat məbləğində adi veksellərlə əqdlər qeydiyyata alıb.
A.Axundov