Bazar ertəsi prezident İlham Əliyev və NATO Dəstək Agentliyinin baş meneceri Mayk Layden arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycan prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev