Əfqanıstanın Parvan əyalətində bomba partlaması nəticəsində 14 nəfər həlak olub, onlardan 8 nəfəri dinc sakinlərdir. Bu barədə çərşənbə axşamı EFE agentliyi məlumat verir.
BBC korporasiyası isə bildirir ki, terror aktı nəticəsində 4 NATO hərbi qulluqçusu və 10 dinc sakin həlak olub.
Əfqanıstan hakimiyyətinin verdiyi məlumata əsasən, terrorçu-kamikadze tibb mərkəzinin yaxınlığında partlayıcı qurğunu işə salıb.