Son 20 il ərzində Azərbaycan hökuməti ölkəni qonşularla tarixi əlaqələrə uyğun olaraq mədəni əlaqələrin mərkəzinə çevirməyə və onları mədəniyyət diplomatiyası formasında xarici siyasət aləti qismində istifadə etməyə çalışır. Bu barədə Avropa İttifaqının respublika ilə qarşılıqlı mədəni əlaqələrə dair hesabatında deyilir.
“Mövcud hakimiyyət varislik və sabitliyi təmin edib ki, bu da, öz növbəsində fəal milli brendinqə miqyaslı investisiya qoyuluşlarına yönələn mədəniyyət siyasətini stimullaşdırır”, - deyə məruzənin müəllifləri vurğulayırlar.
Qeyd edilir ki, Azərbaycanın nüfuzu ilə bağlı olan bu mədəniyyət siyasəti enerji diplomatiyası ilə bərabər respublikanın Aİ ilə münasibətlərinin əsasını təşkil edir.
Sənəddə qeyd edilir ki, təsir bağışlayan inkişaf templəri Azərbaycana mədəniyyət sahəsində tərəfdaşlar seçməyə imkan verir. Mədəni və dini tolerantlıq tarixi əsasında qonaqpərvərlik mədəniyyəti vasitəsilə dövlətin rebrendinq siyasəti öz bəhrəsini verir. Ölkə mədəniyyət sahəsində daha çox nüfuza malik olan beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bununla yanaşı, hesabatda Ermənistan-Azərbaycan münaqişəsinin vəziyyətə təsiri qeyd edilir: “Azərbaycan ərazisi hələ də bölünüb (beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə baxmayaraq): ölkə nəinki əsas hissə və Naxçıvan muxtariyyəti arasında bölünüb, həm də Dağlıq Qarabağdan ayrılıb. Azərbyacn və Ermənistan hələ ki, iki ölkə diasporlarının da cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsini həll etməlidir”.
F.Hüseynzadə