2014-cü il iyulun 1-nə Azərbaycanda “elektron imza” (“e-imza”) alan hüquqi və fiziki şəxslərin sayı 19,239 min təşkil edir. Bu barədə “e-hökumət” (www.e-gov.az) portalının aylıq bülletenində məlumat verilir.
1 iyul 2014-cü il tarixinə 1,004 min hüquqi şəxs, 5,201 min vətəndaş və 13,034 min dövlət orqanları əməkdaşları “e-imza”ya malikdir.
www.e-gov.az portalında təqdim olunan xidmətlərin sayı 350-yə bərabərdir.
İndiyədək 427,854 min nəfər elektron formada 1 mln. 385,054 min xidmət əldə etmək üçün portala müraciət edib.
“Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövr ərzində portala müraciət edənlərin 53,6%-ni yeni istifadəçilər, 446,4%-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə bülletendə bildirilir.
1 iyul 2014-cü il tarixinə 117,255 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
2014-cü ilin iyun ayında müraciətlərin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, “Azərsu” ASC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub.
Ötən ay “Elektron hökumət” portalı vasitəsilə vətəndaşlara 202,290 min xidmət göstərilib.
A.Əzizov