Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.
“Jurnalın 15 illik yubileyi münasibətilə oxucularınızı ürəkdən təbrik edirəm”, - deyə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ümid edirəm ki, Caspian Energy uğurlu jurnal olaraq bundan sonra da yubileylərini qeyd edəcək”, - deyə o qeyd edib.
“Sizə məlum olduğu kimi, 2014-cü ildə Əsrin müqaviləsinin 20 illik yubileyi qeyd olunur. Fürsətdən istifadə edib Azərbaycanda keçiriləcək bütün təntənəli mərasimlərlə bağlı ən xoş diləklərimi çatdırıram”, - deyə Türkiyə hökumətinin başçısı əlavə edib.
“Caspian Energy jurnalı vasitəsilə mən Azərbaycan xalqına və bütün Azərbaycan qardaşlarıma təbriklərimi çatdırmaq istərdim”, - deyə R. T. Ərdoğan qeyd edib.
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan həmçinin Caspian Energy jurnalına eksklüziv müsahibə verdi. Bu müsahibə Əsrin müqaviləsinin yubileyinə həsr edilən xüsusi nömrədə dərc olunacaq.
Əlavə məlumat üçün qeyd olunan kontaktlara müraciət etməyiniz xahiş olunur:
Tel/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspenergy.com; info@caspianenergy.net
URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com