Prezident İlham Əliyev Konstitusiya Qanununda İnsan hüquqları üzrə müvəkkilin aylıq əmək haqqının artırılmasını nəzərdə tutan dəyişikliklərin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə cümə axşamı rəsmi mətbuatda məlumat verilir.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa qəbul edilən dəyişikliklərə əsasən, ombudsman Elmira Süleymanovanın əmək haqqı 1800 manatdan 2025 manatadək artırılır.
Mövcud qanunvericiliyə əsasən, sənəd 27 dekabr 2013-cü il və 27 iyun 2014-cü il tarixlərində Milli Məclisdə iki səsvermədən keçib.
R.Babayev