Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident iclasda giriş və yekun nitqləri ilə çıxış edib.
Bundan başqa, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məruzələri dinlənilib.
R.Babayev