Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) sədri vəzifəsini icra edən Sayad Salahlı ölkənin şimal-qərb bölgəsində müxtəlif dini icmaların nümayəndələri ilə görüşlər keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DQDK-dan məlumat verilib.
Görüşlərin keçirilməsində məqsəd dini sahədə mövcud olan problemlərin müzakirə və həll edilməsidir.
Qeyd edilir ki, DQDK nümayəndələri şimal-qərb bölgəsinə səfər çərçivəsində ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvləri ilə görüşəcəklər.
F.İsazadə