Bir gün əvvəl cəbhə xətti yaxınlığında neytral zonada minaya düşən Azərbaycan vətəndaşı hospitalda vəfat edib. Bu barədə cümə axşamı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yevlax rayon sakini Mirzə Həmzəyev Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığında neytral zonada minaya düşüb.
Minalanmış sahədə baş verən partlayışda xəsarət alan şəxs hospitala yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
R.Babayev