Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sağlamlıq imkanları məhdud olan 26 nəfər uşaqdan ibarət qrupu müalicə almaq üçün Latviyanın Yurmala şəhərindəki “Vaivari” Milli Mərkəzinə yola salıb. Bu barədə nazirliyin İctmaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanlı uşaqlar mərkəzdə fizioterapevtik müalicə kursu keçəcəklər.
Beləliklə, cari ilin aprel ayından başlayaraq, nazirliyin xətti ilə “Vaivari” Milli Mərkəzinə 86 nəfər sağlamlıq imkanları məhdud uşaq yola salınıb.
İyul ayı ərzində daha 20 nəfər uşadan ibarət qrup həmin mərkəzə göndəriləcək.
Beləliklə, nazirliyin xətti ilə ümumilikdə 106 nəfər bu qəbildən olan uşağın xaricdə bərpa müalicəsi nəzərdə tutulub.
Uşaqlar valideynlərindən birinin müşayiəti ilə xaricə yola salınır.
R.Babayev